RU

HƏMAS-ın daha bir lideri məhv edildi

İsrail hərbçiləri Qəzzada radikal HƏMAS hərəkatının daxili təhlükəsizlik mexanizminin rəhbəri Tarvat Məhəmməd Əhməd Albeki öldürüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Hərbçilərin sözlərinə görə, Albek təhlükəsizlik aparatında və qərarların qəbulu prosesində mərkəzi fiqur olub.

Aydınlaşdırılır ki, HƏMAS-ın daxili təhlükəsizlik mexanizmi HƏMAS-ın yüksək rütbəli üzvlərini sığınacaqlarla təmin etməklə onların təhlükəsizliyinə cavabdehdir.

“İsrail ordusu İsrail vətəndaşlarının müdafiəsi üçün HƏMAS-a qarşı fəaliyyətini davam etdirəcək”, – deyə agentlik yekunlaşdırıb.

Избранный
18
veteninfo.az

1Источники