RU

İran Suriyaya uçuşları yanvarın 22-nə qədər dayandırıb

İran şirkətləri Dəməşqdəki yeni hakimiyyətlə razılaşmanın olmaması ilə əlaqədar Suriyaya bütün uçuşları yanvarın 22-nə qədər ləğv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzanə məlumat verib.

"Hazırda Suriyaya uçuşlar yanvarın 22-nə qədər qadağan edilsə də, Livana aviareyslərlə bağlı heç bir məhdudiyyət yoxdur", - o bildirib.

Təşkilatın rəhbəri əlavə edib ki, uçuşların bərpası üçün təyinat ölkəsinin icazəsi lazımdır.

Onun sözlərinə görə, Misirlə də bağlı eyni vəziyyət mövcuddur.

"Hər iki ölkənin hakimiyyəti razılığa gəlməlidir ki, biz İrandan Misirə və geriyə uçuşlar həyata keçirə bilək", - H.Purfərzanə əlavə edib.

"Cebheinfo.az" 

Избранный
5
9
cebheinfo.az

10Источники