RU

Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… Məhkəməyə gələn 3-cü şəxs kimdir?    

“Azərbaycan Dəmir Yolları” QSC ilə Lənkəran rayon İcra Hakimiyyəti arasında məhkəmə çəkişməsi davam edir. Növbəti proses gələn ilin yanvar ayına təyin edilib...

Lənkəran rayon İcra Hakimiyyətinə qarşı iddianı “Azərbaycan Dəmir Yolları” QSC qaldırıb. Prosesdə maraqlı tərəf kimi Fəttayev Xəyal Camal oğlu və “ER Group Lankaran” MMC də iştirak edir.

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir. Tərəflər torpaq üzrə mübahisə yaşayır.

Şirvan İnzibati Məhkəməsində baxılan işlə bağlı növbəti proses gələn ilin 21 yanvar tarixinə təyin edilib. İş hakim Hilal Nəcəfovun icraatındadır.

Qeyd edək ki, məhkəməyə verilən Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovdur. İddianı qaldıran “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri isə Rövşən Rüstəmovdur. Prosesdə maraqlı tərəf kimi çıxış edən “ER Group Lankaran” MMC-nin rəhbəri Emin Ramiz oğlu Gülməmmədovdur.

Tərəfləri dinləməyə hazırıq.(Tribunainfo.az)

Poliqon.info

Избранный
6
1
poliqon.info

2Источники