Tesla 2025-ci ilin birinci yarısında sərfəli qiymətə yeni "Model Q" elektrikli avtomobil modelini təqdim etməyə hazırlaşır.
Avtosfer.az xəbər verir ki, Tesla İnvestisiya Əlaqələri rəhbəri Travis Axelrod tərəfindən verilən məlumata görə, ABŞ-da qüvvədə olan 7500 dollarlıq(12 751azn) vergi endirimi daxil edildikdə “Model Q”-nun qiymətinin 30 min dollardan(51 000azn) aşağı olacağı müəyyənləşib.
Model Q-nun mövcud Tesla istehsal xəttlərində istehsal ediləcəyi gözlənilsə də, şirkətin bu yeni modellə satışlarını 20-30 faiz artacağı gözlənilir. Bununla belə, Axelrod, yeni nəqliyyat vasitələrinin inkişaf etdirilməsi prosesləri və investisiyalar səbəbindən Teslanın mənfəət marjasında bir qədər azalma gözlədiyini bildirib.
Eltac Zülfüqaroğlu