RU

Orban: "Putin dürüst tərəfdaşımız, Ərdoğan ilə Netanyahu dostlarımızdır"

Hurriyyet.az "Qazeta.ru" portalına istinadla xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban "Magyar Nemzet" qəzetinə müsahibəsində RF Prezidenti Vladimir Putini "dürüst tərəfdaş", Türkiyə Prezidenti R.T.Ərdoğan ilə İsrailin Baş naziri Binyamin Netanyahunu "dostlarımız" adlandırıb.

Orban bildirib ki, sağlam ölkənin xarici siyasətinin hədəfi dostlar toplamaqdır.

Orban deyib: "Dünyada macarların uğurunda maraqlı olan ölkələrin sayı mümkün qədər çox olmalıdır. ABŞ-ın yeni Prezidenti Donald Trampın Macarıstana xoş münasibəti var. Çin Xalq Respublikasının sədri Si Cinpin Avropa İttifaqının cəmi iki ölkəsinə - Fransa ilə Macarıstana səfər edib. Türkiyə Prezidenti  dostumuzdur, Rusiya Prezidenti dürüst tərəfdaşımızdır, İsrailin Baş naziri yaxşı dostumuzdur. Macarıstan diplomatiyası tarixində demək olar ki, bunun bənzəri olmayıb".

Hürr Tərcüman

 

Избранный
23
hurriyyet.az

1Источники