RU

İran Suriyaya bütün aviareysləri dayandırdı

İran şirkətləri Dəməşqdəki yeni hakimiyyətlə iki ölkə arasında hava əlaqələri razılaşdırılmadığı üçün Suriyaya bütün uçuşları yanvarın 22-dək ləğv ediblər...

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzane xəbər yayıb.

O qeyd edib ki, hava əlaqələrini bərpa etmək üçün təyinat ölkəsindən icazə almaq lazımdır.

"Hazırda Suriyaya uçuşlar yanvarın 22-dək qadağandır, lakin Livana heç bir məhdudiyyət yoxdur", - deyə təşkilat rəhbəri bildirib.

O, Misirlə də eyni vəziyyətin mövcud olduğunu deyib.

"İki ölkənin hakimiyyəti İrandan Misirə və geriyə uçuşları həyata keçirə bilməyimiz üçün vahid nəticəyə gəlməlidir", - deyə Purfərzane əlavə edib.

Poliqon.info

Избранный
8
3
poliqon.info

3Источники