Viktor Orban: ABŞ və Avropa Ukraynadakı müharibəyə təqribən 300 milyard avro xərcləyib
Macarıstanın Baş naziri Viktor Orban ABŞ və Avropanın Ukraynadakı müharibəyə təqribən 300 milyard avro xərclədiyini deyib.
“Far.Az” xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Ofisinin Beynəlxalq kommunikasiya və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç “X”də paylaşım edib.
"Bu vəsaitlə bütün Avropada həyat standartlarını tez bir zamanda yüksəldə bilərdik. Biz bütün Balkanları Avropanın inkişaf səviyyəsinə çatdıra, miqrasiyanın qarşısını ala, tamamilə yeni bir Avropa müdafiə sistemi qura bilərdik. Lakin həmin pul yanıb kül oldu", - Baş nazir vurğulayıb.
@PM_ViktorOrban on war spending: "America and Europe have spent about €300 billion on the war. With this money, we could have quickly raised living standards across Europe. We could have brought the entire Balkans up to Europe's level of development, curbed migration, or built… pic.twitter.com/9GX87dvHo1