RU

İran üç müttəfiqini birdən itirdi – “Növbədə özüdür”

İran Yaxın Şərq ölkələrinin iştirakı ilə bölgədə anti-İsrail bloku formalaşdırmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, Tehran tərəfindən irəli sürülən yeni təşəbbüs regional dövlətlər tərəfindən qəbul edilməyəcək:

“İranın vitse-prezidenti Məhəmməd Cavad Zərifin Yaxın Şərqdə “sabitliyin yaradılması və ölkələr arasında əməkdaşlığın gücləndirilməsi” üçün Müsəlman Qərbi Asiya Dialoq Assosiasiyası adlı yeni təşkilatın yaradılması ideyası İsrailin gələcək planları ilə bağlıdır. İranın mühafizəkar dairələri üç müttəfiqini – HƏMAS, “Hizbullah” və Əsəd rejimini itirdikdən sonra növbəti hədəfin onlar olacağını proqnozlaşdırırlar. Tehran və Qumda qərar verənlər bu baş verməsin deyə, Yaxın Şərqin bütün müsəlman ölkələrini - Bəhreyn, Misir, İran, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistan, Suriya, Türkiyə, BƏƏ və Yəməni birləşdirmək istəyirlər.

Nə qədər HƏMAS, “Hizbullah” və Əsəd vardı, müsəlman ölkələrin birliyi Tehranın ağlına gəlmirdi, elə ki müttəfiqlər zəiflədildi və İsrail Baş naziri Benyamin Netanyahu “növbəti hədəfimiz İrandır” dedi, vəziyyət qəlizləşdi.

İslam Əməkdaşlıq Təşkilatı varkən, müsəlman ölkələrin yeni birliyinə nə ehtiyac var? Tehran yeni birlik formatı ilə bölgədə anti-İsrail bloku formalaşdırmaq istəyir ki, təhlükə İrana çatdıqda “birlik” üzvləri ona kömək etsin. Ancaq Zərifinin birlikdə görmək istədiyi ölkələrin maraqları İranın maraqları ilə üst-üstə düşmür, bəzilərinin İsraillə dialoqu da var və bu səbəbdən onların yeni formata ehtiyacları yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
30
teleqraf.com

1Источники