RU

Məhşur şərab zavodunun səhmləri - HƏRRACA ÇIXARILDI - SİYAHI

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci il yanvar ayının 28-də eləcədə fevral ayının 03-07 tarixlərində pul hərracları keçiriləcək.

Ləğv prosesində olan bankların əmlakları hərraca çıxarılır - QİYMƏTLƏR

FED.az xəbər verir ki, yanvar ayının 28-də saat 09:30-da baş tutacaq hərracda 31.05.1999-cu ildə təsis edilmiş Cəlilabad Şərab müəssisəsinin 41 246 ədəd səhmi satışa çıxarılacaq. Satışa çıxarılan səhmlərin nominal dəyəri və hərracda ilkin satış qiyməti 164 984 manat təşkil edir.

03-07 fevral tarixlərində saat 09:00-dan 18:00-dək keçiriləcək hərraca isə 4 müəssisənin səhmləri çıxarılacaq. Hərraca sayı 13 107 – 50 685 ədəd aralığında səhmlər çıxarılacaq, və səhmlərin nominaı dəyəri 2 – 4 manat müəyyən edilib.

Pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında  Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.

Hərraclar haqqında daha detallı :

2025-ci il yanvar ayının 28-də keçiriləcək pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyəti haqqında məlumat :

Sıra sayı

Səhmdar cəmiyyətinin hüquqi ünvanı

Nizamnamə kapitalının həcmi (manat)

Buraxılmış səhmlərin ümumi sayı

(ədəd)

Bir səhmin nominal qiyməti (manat)

Satışa çıxarılmış səhmlər

Satışa çıxarılan səhmlərin nominal dəyəri

(manat)

Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti
(manat)

İlkin satış qiymətinin
10%-i həcmində hesablanmış behin məbləği (manat)

sayı (ədəd)

buraxılmış səhmlərin ümumi sayında
 %-lə

1

Cəlilabad rayonu, Cəlilabad - Bakı şossesinin 2-ci kilometri

368620,00

92.155

4,00

41246

44,76

164984,00

164984,00

16498,40

 

****

Səhmləri 2025-ci il 03-07 fevral tarixlərində ixtisaslaşdırılmış pul hərracında satılacaq səhmdar cəmiyyəti haqqında məlumat :

Sıra №-si

Səhmdar cəmiyyətin adı,
təsis tarixi və
sərəncamın №-si

Ünvanı

Nizamnamə
kapitalının
həcmi
(manat)

Buraxılan
səhmlərin
ümumi sayı
(ədəd)

Bir səhmin
nominal
dəyəri
(manat)

İxtisaslaşdırılmış pul hərracına  çıxarılan  səhmlər

Sayı
(ədəd)

Nizamnamə
kapitalında
 %-lə

1

Bərdə Kəndkimya

№533 06.04.1998

Bərdə şəhəri, Sənaye küçəsi, 5

191592,2

95796

2,0

28764

30,0

2

Cəlilabad Şərab

№309 31.05.1999

№178 03.08.2017

Cəlilabad rayonu, Cəlilabad - Bakı şossesinin 2-ci kilometri

368620,00

92155

4,0

50685

55,0

3

Daşkəsən Aqrotexservis

№383 02.03.1998

Daşkəsən rayonu,

Quşçu körpüsü kəndi

195246,2

97623

2,0

29293

30,0

4

Zabrat Tikinti Quraşdırma

№663   20.04.1998

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2, Tramvay küçəsi

87385,60

43692

2,0

13107

30,0

Избранный
22
fed.az

1Источники