RU

Həbs edilən tiktokerlərin sponsoru “Legend Motors”la bağlı

Xəbər verdiyimiz kimi, “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Tərbiyəsizliyə görə saxlanılan yarış iştirakçılarına avtomobil hədiyyə edən isə “Legend Motors”dur.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, “Legend Motors” Çin istehsalı avtomobillərinin sifarişlə çatdırılması, satışı, servis xidmətləri və proqram təminatı üzrə fəaliyyət göstərir.

Şirkətin təqdim etdiyi avtomobillər arasında Çinin məşhur eksklüziv markalarından olan "Zeekr", “Li Avto”, “Avatr, VOYAH” və sair brendlər var.

Bu avtomobillər bazar dəyərindən qat-qat baha daxili kredit şərtləri ilə azərbaycanlı alıcılara təqdim olunur.

Şirkət avtomobil sifarişi üçün ilkin 50 faiz ödəniş tələb edir. Məbləğin qalan hissəsi 12 aylıq kredit şəklində bölünür.

Çin avtomobilləri adətən daha sərfəli qiymətlərlə satılır. Eləcə də sərfəli kredit şərtləri və kampaniyalar alıcıları həvəsləndirir. Götürək “Geely Group”un istehsalı olan, “Legend Motors”un Azərbaycan bazarını təmin etdiyi “ZEEKR” adlı premium subbrend avtomobillərini. Hazırda bu avtomobillər rəsmi olaraq dörd MDB ölkəsində - Azərbaycan, Belarus, Qazaxıstan və Özbəkistanda satılır. Hələlik sadəcə Qazaxıstanda bu modellər ucuzdur.

“Legend Motors” “ZEEKR 001”i alıcılara 45.500 dollardan 77 min 350 manat ekvivalentində təklif edir. Düzdür, bu markanın başlanğıc qiyməti Azərbaycanda Belarus, Qazaxıstan və Özbəkistanla müqayisədə bir qədər ucuzdur. Lakin bunun da öz səbəbləri var.

Избранный
15
5
publika.az

6Источники