RU

AzMİU əməkdaşları əməkhaqlarının 50%-i qədər mükafat alacaqlar



Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bütün əməkdaşlara əməkhaqlarının 50 faizi həcmində pul mükafatı yazılıb.

Newscenter.az təhsil ocağına istinadən bildirir ki. bu təşəbbüs professor-müəllim, inzibati idarəetmə heyətindən tədris-köməkçi və xidmətedici heyətədək bütün əməkdaşları əhatə edib.

Qeyd edək ki, AzMİU-da əməkdaşların sosial rifah halının yaxşılaşdırılması məqsədilə bu cür təşəbbüslər mütəmadi olaraq həyata keçirilir.

Bundan əlavə 2025-ci ildən etibarən universitet əməkdaşlarının sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması çərçivəsində əməkhaqlarının artırılması planlaşdırılır.

Süleyman
Избранный
9
10
newscenter.az

10Источники