RU

Gürcüstan üçün 237 milyon avroluq layihə dayandırılıb

Gürcüstan
Almaniya ölkədəki vəziyyəti nəzərə alaraq Gürcüstan üçün 237 milyon avroluq layihələrini dayandırıb.

Reyting.az
xəbər verir ki, bunu Almaniyanın Tbilisidəki səfiri Peter Fişer “X” sosial şəbəkəsində (Twitter) yazıb.

P. Fişer qeyd edib ki, Almaniya “təəssüflə” Gürcüstanla 237 milyon avroluq layihələri dayandırıb.

Xatırladaq ki, ötən həftə ATƏT-in 30-dan çox iştirakçı ölkəsi Gürcüstan hakimiyyəti tərəfindən Avropayönlü etirazların sərt şəkildə yatırılmasını pisləyib.

Dekabrın 19-da isə Böyük Britaniya ilə ABŞ Gürcüstanın daxili işlər naziri və təhlükəsizlik qüvvələrinin digər nümayəndələrinə qarşı sanksiyalar elan ediblər.

ELÇİN
Избранный
9
reyting.az

1Источники