RU

Alim Portuqaliya sahillərində xəzinə dolu 250 gəminin olduğunu iddia etdi

Lissabondan olan arxeoloq Aleşandri Monteyro hesab edir ki, 250-yə yaxın batmış xəzinə gəmisi Portuqaliya sahillərində yerləşə bilər.

Qaziler.az xəbər verir ki, bu haqda MIR24.TV yazıb.

Alim 16-cı əsrə aid gəmi qəzaları haqqında məlumatları təhlil edib və 8620 batmış gəmi aşkar edib. O hesab edir ki, bu gəmilərin dövlət mühafizəsinə ehtiyacı var.

Onun sözlərinə görə, bunlardan 7500-ü materik sahillərində, 1000-i Azor adaları yaxınlığında, 120-si Madeyra yaxınlığında yerləşir. Bu gəmilərin təxminən 250-də qiymətli yük ola bilər. Məsələn, İspaniyanın “Nossa Senhora do Rosario” gəmisi 1589-cu ildə göyərtəsində 22 ton qızıl və gümüşlə batıb.

Monteyro onu da qeyd edib ki, xəzinə ovçularında bu gəmiləri tapması çətindir, çünki onlar qumun altında basdırılıb. Bununla belə, onların bəzilərinin təsadüfən aşkar edilməsi ehtimalı var. Bu baxımdan o, gözlənilməz nəticələrlə bağlı fəaliyyət planının hazırlanmasının zəruriliyinə israr edib.

QAZİLER.AZ

Избранный
1
1
qaziler.az

2Источники