RU

Bosniya və Herseqovinada onminlərlə ev işıqsız qaldı

Güclü qar və külək Bosniya və Herseqovinada onminlərlə evdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

  Manset.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) Bosniya dövlət enerji şirkətinə istinadən məlumat yayıb. "Güclü yağan qar səbəbindən elektrik xətləri zədələnib" məlumatda bildirilib. Bosniya və Herseqovinanın bəzi rayonlarında hökumət dəmir yolu əlaqəsini tamamilə dayandırıb. Qonşu Xorvatiya və Serbiyada da nəqliyyatın işində fasilələr qeydə alınıb.

Məlumatda qeyd olunub ki, Balkan yarımadasında avtomobillə səyahətlərdən imtina etmək barədə xəbərdarlıq qüvvədədir, çünki qar yığınları səbəbindən yarımada ölkələrinin hökumətləri bir neçə əsas yolu bağlamağa məcbur olub.

Избранный
2
2
manset.az

3Источники