RU

Paşinyan eks-prezidentlərə: “Əgər müzakirə edəcək heç nə yoxdursa, onda pensiya və məhkəmələrinizə fikir verin”

Keçmiş prezidentlər deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Ancaq altı ildir ki, mənimlə uzaqdan, “təhlükəsiz məsafədə” müzakirə edirlər.

Herbiand.az bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.

Paşinyan daha sonra qeyd edib:

“Əgər müzakirə edəcək bir şeyiniz yoxdursa, təqaüdlərinizə və yaxud məhkəmələrinizə diqqət yetirin. Nümayəndələriniz, tanışlarınız, dostlarınız, bəzən də xarici tanışlarınızla birlikdə dediklərimi ciddiyə almayın. Gəlin xalqın qarşısında üz-üzə arqumentlər söyləyək və “diplomatik” dil çaşqınlığı yaratmayaq, çünki ümid və inamla ki, insanların əksəriyyəti onsuz da bu dili bilmir”.

Xatırladaq ki, ötən gün Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı danışıqların necə aparılmasına münasibət bildirmişdi. O demişdi ki, 1994-cü ildə atəşkəs dövrü başlayandan sonra danışıqlar yalnız Dağlıq Qarabağın Azərbaycana qaytarılması yönündə aparılıb. Keçmiş prezidentlər isə buna etiraz ediblər. Paşinyan da öz növbəsində bununla bağlı onları ictimai debata dəvət etmişdi. Lakin keçmiş prezidentlər və ya onların nümayəndələri təklifi rədd ediblər.

Bəxtiyar CƏFƏRLİ

Избранный
8
herbiand.az

1Источники