RU

Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!

Tiktokerlərin həbsi iki gündür ki, bir çoxları tərəfindən sevinclə qarşılanır. Təbii ki, qeyri-etik davranışları ilə gündəmə gələnlərdən söhbət gedir. Bu qədər reaksiyanın olacağını təxmin etmək həm çətin idi, həm də asan. Çünki bir tərəfdə onları izləyən böyük kütlə, digər tərəfdən isə onları tənqid edən bir toplum. Üzdə elə görünürdü ki, sanki izləyəciyiləri və tərəfdarları böyükdür. Amma polisin onları saxlamasından sonra məlum oldu ki, gözümüzü örtən yalançı illüziya imiş. 

Təsəvvür edin, biri yazır ki, torpaqların alınmasından sonra ilk dəfədir belə sevinirəm. Yəni həmin tiktokerlərin saxlanılması görün nə qədər sevincə səbəb olub. Bəli, onun dediyini anlamaq olar. Çünki söhbət zövqümüzün işğalından gedir, söhbət Azərbaycanı qorxulu gələcəyə sürükləyən bir qrup zombidən gedir. Hansı ki, gündəmə çevrilməyi və aktuallıqlarını qorumağı bacarıblar.
Təbiidir. Bilirsinizmi niyə? Çünki biz küçədə ağıldankəm hərəkət edən insanları da görəndə bir anlıq ayaq saxlayırıq. Baxırıq ki, dəlidirmi, xəstədirmi, yardıma ehtiyacı varmı? Amma sosial şəbəkənin alqoritmi amansızdır. Əlində telefon tutan şəxs ana səhifəsində anidən əcaib işlərin getdiyini görür, baxır ki, burada nə verir axı baş?! Bununla da onlara reytinq vermiş olur və beləcə məşhurlaşmağa başlayırlar. Həmin tiktokerlərə baxıb bitirdikdən sonra hökmən bloklamaq lazımdır. O qədər vacib işə çevrilib ki, ötüb keçməklə elə bilirəm günah qazanırıq. Oxşar paylaşım, bir damcı oxşar paylaşım, bi çıkan oxşar paylaşım bir daha qarşımıza çıxmasın. 
Sosial şəbəkəmizi tənzimləmək inanın ki, öz əlimizdədir, sadəcə, xırda-xuruş funksiyanı bilmək kifayətdir. Bu qədər kütləvi sevinc ondan xəbər verir ki, əziz xalqımız doğrudan da belə əxlaqsız videoları görməkdən bezib. Azərbaycan polisinin əməliyyatı insanları o qədər sevindirib ki, davamını gözləyirlər və zövqümüzü bayağılıqları ilə işğal edənlərin təmizlənməsinin davamını görməyə müntəzirdirlər. Bu əməliyyat həm də mənəviyyatımızı hədəfə alanlara qarşı həyata keçirilib.
Dünəndən bəri, bəlkə də, əksər insanların sevinci Tiktok-da həyasızlıqları ilə gündəmə gələnlərə və gəlmək istəyənlərə göstərir ki, gedin başınıza bir çarə qılın. Ya adam kimi ictimaiyyətin qarşısına çıxın, ya da utanıb siçan deşiyinə girin.
Həmin tiktokerlərə maddi dəstək olanlar bir daha papağını qarşılarına qoyub düşünsünlər, bu həddə insanlara qənim kəsinlənlərə pul göndərməklə nə qədər böyük günah etmiş olurlar. Gələcəyimizin, keçmişimizin məhv olmasına yönəlik atılan 20 qəpiyin belə bədəli var.
Ümidimiz sönməsin, sevincimiz yarımçıq qalmasın, fürsəti əldən verməyək, “qara” tiktokerlərin əydiyi qəddimizi qaldıraq.
Избранный
10
1
yenilik.az

2Источники