Hurriyyet.az xəbər verir ki, Fransanın paytaxtı Paris şəhərində yerləşən məşhur Eyfel qülləsində yanğın baş verib.
Birinci və ikinci mərtəbələr arasındakı lift şaxtasında elektrik kabeli alovlanıb.
"Bild" nəşrinin yazdığına görə, 1200 nəfər hadisə yerindən təxliyə edilib.
Xilasetmə xidmətləri hadisə yerinə gələrək alovla mübarizəyə başlayıblar.
Hazırda yanğının söndürüldüyü bildirilir.
Hürr Tərcüman