Parisdəki Eyfel qülləsinin ziyarətçiləri və işçiləri yanğın siqnalı işə düşdükdən sonra təxliyə ediliblər.
Qaziler.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Liftlərin elektrik naqillərində yaranan qısaqapanma səbəbindən həyəcan siqnalı işə düşüb. Təhlükəsizlik qaydalarına uyğun olaraq bütün insanlar təxliyə edilib. Qülləyə gələnlərin təhlükəsizliyi qorunub. Baş verənlərin səbəbləri müəyyənləşdirilir. Eyfel qülləsinin gün ərzində açıq olacağı gözlənilir.
Qeyd edək ki, Eyfel qülləsini hər gün orta hesabla 15.000-25.000 ziyarətçi qəbul edir.
QAZİLER.AZ