RU

Bu ölkədə silahlı hücum: 15 nəfər öldü

Nigeriyanın Plato əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb.

Publika.az xəbər verir ki, İriqve Regional Gənclər Birliyinin baş katibi Sam Juqo Plato əyalətinin Riyom bölgəsində silahlı hücum olduğunu bildirib.

Juqo hücumda 1 yaşlı körpə də daxil olmaqla 15 nəfərin həyatını itirdiyini açıqlayıb. Hücumdan məsul şəxsin hələ bilinmədiyini bildirən Juqo, bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini qeyd edib.

Nigeriya uzun müddətdir ki, müxtəlif bölgələrdə silahlı dəstələrin, eləcə də terror təşkilatları Boko Haram və “ISWAP”ın hücumları ilə mübarizə aparır.

Избранный
3
2
publika.az

3Источники