RU

Tramp və Putinin planı: “Dünyanı bölmək istəyirlər, keçmiş SSRİ ərazisi...”

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzv olmayacağına dair aydın təminat almaq üçün Donald Trampla görüşmək istəyir.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı analitik Yuri Romanyuk deyib.

Onun sözlərinə görə, ABŞ və Rusiya liderləri üz-üzə görüşmək niyyətindədirlər:

“Trampla Putin Yaltada Stalin və Ruzvelt, eləcə də 1938-ci ildə Münxendə olduğu kimi, dünyanı bölməyə çalışacaqlar. Yəni ABŞ-ın milli maraq zonalarının harada, Rusiyanın harada olduğunu müəyyən etmək istəyirlər. Bura Ukrayna, Gürcüstan və Belarusun, ümumiyyətlə, keçmiş SSRİ ərazisinin – MDB-nin necə bölüşdürülməsi daxildir, həmçinin Venesuela, Kuba, Suriya və digər ölkələrin və Rusiya burada tələsmir. Bunu nəzərə alacaqlar. Tramp bu görüşdə və ya səlahiyyət müddəti ərzində ən azı Ukraynanı NATO-ya qəbul etməyəcəyinə zəmanət verməsə, Putin Ukrayna ilə heç bir danışıqlara, hərbi əməliyyatların dayandırılmasına getməyəcək”.

Romanyuk vurğulayıb ki, Trampın özü və komandasının üzvləri Ukraynanın NATO-ya üzv olmayacağını söyləyir:

“Putini qane etmək üçün bizə neytral status vermək və müharibəni dondurmaq istəyirlər”.

Analitik əlavə edib ki, Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etmək fikrində deyil.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
8
teleqraf.com

1Источники