RU

Prezident həyata keçirdiyi bütün siyasətində ədalət prinsipini qoruyub - ŞƏRH


"İlham Əliyev həm ölkəmizə qarşı edilən, həm də dünyadakı proseslərdə ədalətsizliyə qarşı öz mövqeyini ortaya qoyur"

"Hər yerdə ədalət olmalıdır - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə. Biz buna çalışırıq. Biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və bununla qürur duyuruq".

Bu sözləri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı söyləyib.

“Əminəm ki, bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir”, - Prezident İlham Əliyev qeyd edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin bu günə qədər həyata keçirdiyi siyasətə baxsaq, ədalət prinsipinin hər zaman əsas yer tutduğunu görə bilərik:

"İlham Əliyev həm ölkəmizə qarşı edilən, həm də dünyadakı proseslərdə ədalətsizliyə qarşı öz mövqeyini ortaya qoyur. Prezidentin də qeyd etdiyi kimi hər bir ölkədə və cəmiyyətdə bu prinsip qorunmalıdır. Azərbaycanın tarixi mübarizəsi hər kəsə məlumdur. Həmçinin ərazi bütövlüyümüz və suverenliyimizi bərpa etdik. Bütün bunlarla qürur duyuruq. Eyni zamanda dövlətimizin qələbəsi hər bir Azərbaycan gəncinə aşılanmalıdır. Döyüş meydanındakı qalibiyyətimizi idmanda, təhsildə, ümumiyyətlə bütün sahələrdə davam etdirməliyik. Digər tərəfdən bizim qalib xalq olduğumuzu artıq bütün dünya bilir, qəbul edir və Azərbaycana qarşı ehtiramla yanaşır. İddmançılarımız da ölkəmizi bütün platformalarda ləyaqətlə təmsil edir. Bu gün İlham Əliyevin idmançılarla görüşü həmin nöqteyi-nəzərdən də xüsusi önəm və əhəmiyyət daşıyır. Prezidentin bu kimi tədbirlərdə iştirakı, söylədiyi fikirlər və idmançıları mükafatlandırması da xüsusilə təqdirəlayiqdir. Azərbaycan idmançıları da bundan ruhlanaraq dövlətimizin daha da güclənməsinə və layiqincə təmsil edilməsinə töhvə verəcəklər".
Избранный
4
sherg.az

1Источники