RU

Esma Əsədə bir ölkəyə giriş birdəfəlik qadağan olunacaq - İngiltərə hərəkətlənib (AÇIQLAMALAR)

Britaniya Suriyanın devrilmiş lideri Bəşər Əsədin britaniyalı həyat yoldaşı Esma Əsədin ölkəyə qayıtması planlarınə əngəlləyəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ikili - həm Biritaniya, həm də Suriya vətəndaşlığı olan Esma Əsədin İngiltərəyə dönəcəyinin qarşısını kəsmək üçün onun pasportunun və vətəndaşlığının ləğvi gündəmə gətirilib.

Məlumata görə, Britaniya rəsmiləri Əsmaya ölkəyə giriş icazəsi verilməsinin milyonlarla haqqı pozulan və ya öldürülən insanlara təhqir olduğunu düşünürlər: "Bu səbəbdən 49 yaşlı Esma Esadın hətta xərçəng xəstəliyindən müalicəsi üçün İngiltərəyə dönüşü bloklanacaq".

Bu barədə Britaniya mətbuatına açıqlama verən Ədliyyə naziri Robert Jenriçk deyib: "Bəli, Əsədin həyat yoldaşının İngiltərədə dəbdəbəli həyat üçün dönməsi onların milyonlarla qurbanı üçün təhqir olar".

Xarici işlər naziri David Lammy Əsmanın sanksiyaya siyahısında olduğunu xüsusi vurğulayıb. O, daha sonra əsma Əsədin İngiltərədə "xoş qarşılanmayacağı"nı, yəni, həbsinün gündəm olacağına işarə vuran açıqlama verib.

Əsəd ailəsinin Moskvada məhdudlaşdırıcı şərtlər altında yaşaması barədə xəbər yayılsa da, Kremlin sözçüsü Peskov bunu təkzib edib.

Müxalifətçi analitik Stanislav Belkovski isə iddia edir ki, Moskvada "qızıl qəfəs"dəki həyat artıq Esma Əsədi qane etmir və o, vətəndaşı olduğu İngiltərəyə dönməyə can atır.

Zülfiyyə Mustafayeva
MİA.AZ

Избранный
24
mia.az

1Источники