RU

Britaniya Əsədin həyat yoldaşını GÖZLƏMİR

Britaniya Əsədin həyat yoldaşını gözləmir.

İnterpress.az xəbər verir ki, bu barədə ingilis mediası məlumat yayıb.

Britaniya rəsmiləri Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşına qarşı tətbiq edilən sanksiyaların onun doğulduğu Britaniyaya qayıtmasının qarşısını alacağını bildirib.

Əsma Əsədin ərindən boşanaraq ailəsinin olduğu Rusiyanı tərk etməyi planlaşdırdığı haqda xəbərlər fonunda Britaniya hökuməti Əsədlərə qarşı qüvvədə olan sərt sanksiyaları, o cümlədən səyahət qadağası və aktivlərinin dondurulmasını xatırladıb.

“Mən təsdiq edirəm ki, o, sanksiyaya məruz qalan şəxsdir və burada xoş qarşılanmır”, – Xarici İşlər Naziri Devid Lemmi parlamentə bildirib.

Əsma Əsəd Rusiyada leykemiya xəstəliyindən müalicə olunur.

Mətbuatın yazdığına görə, o, böyüdüyü və təhsil aldığı Londonda müalicəsini davam etdirməyi düşünür.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
8
50
interpress.az

10Источники