RU

Pensiya düzəltmək adı ilə 400 min ziyan vuran qadına HÖKM OXUNDU

Dələduzluqda ittiham olunan Əhmədova İlahə Yaşar qızının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs yeddi il altı ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlahə Əhmədova bir neçə vətəndaşa pensiya düzəltmək adı ilə vəd verərək onlardan külli miqdarda pul, qızıl -zinyət əşyaları almaqla dələduzluq edib.

Ümumilikdə ziyan 400 min manata yaxındır.

İlahə Əhmədova Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb. /Report

Избранный
6
22
musavat.com

10Источники