RU

Sevinc Hüseynova növbəti dəfə seçicilərlə görüşdü

Milli Məclisin deputatı Sevinc Hüseynova növbəti dəfə vətəndaş qəbulu keçirib.

 

”Yeni Gundem” xəbər verir ki, bu barədə məlumatı millət vəkili özü verib.

Bu gün Gədəbəy rayonunun Çanaqçı kəndində növbəti vətəndaş qəbulunu keçirtdik. Qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlər, əsasən, elektrik təchizatının yaxşılaşdırılması, sosial, məşğulluq və digər məsələləri əhatə etdi. Qeyd edim ki, ötən ay keçirilən qəbulda sosial (əlilliyin müəyyən edilməsi və ÜDSY) məsələ ilə bağlı müraciət edən Çanaqçı kənd sakini, çoxuşaqlı ailə başçısı Hümmətov Güloğlan Məhər oğlu da müraciətinin müsbət həlli ilə bağlı təşəkkürünü bildirmək üçün bugünkü qəbulda iştirak etdi.
Qəbulda YAP Gədəbəy Rayon Təşkilatının sədri Rüstəm Nağıyev də iştirak etdi.
Sonra sakinlərin və Çanaqçı kənd uşaq bağçasının kollektivinin müraciəti ilə uşaq bağçasında olduq.

Избранный
11
yenigundem.az

1Источники