RU

Braziliya millisinin sabiq üzvü vətəninə döndü

London "Çelsi"sinin və Braziliya millisinin keçmiş hücumçusu Oskar karyerasını ölkəsində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, Çinin "Şanxay Port" klubu ilə müqaviləsinin müddəti başa çatan forvard "San-Paulu"yla razılıq əldə edib.

Bu barədə "Globo" məlumat yayıb.Tərəflər arasında 3 illik müqavilə ilə bağlı razılığın əldə olunduğu bildirilir.

Qeyd edək ki, Oskar 2017-ci ilin yanvarında 60 milyon avro qarşılığında "Çelsi"dən "Şanxay Port"a transfer olunmuşdu. Braziliya millisinin sabiq üzvü olan 33 yaşlı futbolçu bu müddət ərzində Çin təmsilçisinin heyətində meydana çıxdığı 248 rəsmi matçda 77 qol və 141 məhsuldar ötürmə ilə yadda qalıb.
 

Избранный
14
fanat.az

1Источники