RU

Türkiyədən İraqa dəri məhsullarının ixracı 25,8% artıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən İraqa dəri məhsullarının ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 25,8% artaraq 95 milyon 807 min 55 ABŞ dollarına çatıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edib ki, 2024-cü ilin noyabr ayında İraqa 10 milyon 245 min 93 dollar dəyərində dəri məhsulları ixrac edilib. Bu göstərici keçən ilin noyabr ayı ilə müqayisədə 13,1% azdır.

Bununla yanaşı, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin ümumi dəri məhsulları ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 18,7% azalaraq 1 milyard 416 milyon 716 min dollara bərabər olub.

“2024-cü ilin noyabr ayında Türkiyə 116 milyon 680 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 5,8% azalma deməkdir,” – deyə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 - noyabr 2024) Türkiyənin dəri məhsulları ixracı ümumilikdə 1 milyard 532 milyon 239 min dollar təşkil edib.

Fuad Mədətov
Fins.az

Избранный
2
13
fins.az

10Источники