RU

Suriya hökuməti Milad bayramını rəsmi dövlət bayramı elan etdi

Suriyanın müvəqqəti hökuməti Milad bayramını katolik təqviminə əsasən rəsmi dövlət bayramı elan edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ölkədə 25 və 26 dekabr tarixlərində dövlət müəssisələri bağlanacaq.

Bu, Suriya üçün yeni bir hal deyil. Milad bayramı əvvəlki Əsəd hökuməti dövründə də dövlət bayramı kimi qeyd olunurdu.

Yeni HTŞ (Heyət Təhrir əş-Şam) hökuməti bu bayramı saxlamaq qərarına gəlib. Bununla, hökumətin Suriyadakı xristian icması ilə münasibətləri yaxşılaşdırmaq və qeyri-müsəlman ölkələrlə müsbət xarici əlaqələri qoruyub saxlamaq istədiyi güman edilir.

Afaq,
Musavat.com

Избранный
26
musavat.com

1Источники