Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb.
Axar.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
2007-ci il təvəllüdlü Qurbanov İslam Vahid oğlu hamamda dəm qazından boğularaq ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.