"Yaprak dökümü"nün aktrisası Deniz Çakır illər sonra ekran işinin finalından danışıb.
O "Ferhunde" rolunu ürəyindən gəldiyi kimi oynayıb.
Həmin final səhnəsində isə ağlamaqdan yerdən qalxa bilmədiyini etiraf edib:
"Ferhunde o şəkilə baxıb orada yerə çökür. Səhnə orada bitir amma mən ağlamaqdan yerdən qalxa bilmədim. Gözəl səhnə idi".
Xatırladaq ki, "Yaprak dökümü" 2006-2010-cu illərdə ekranlara gəlib. Layihə nümayiş olunduğu müddətdə olduqca geniş tamaşaçı auditoriyasına və reytinqə sahib olub.
BAKU.WS