RİA Novosti: Türkiyə Ukrayna ilə bağlı danışıqların təşkili ilə bağlı heç bir müraciət almayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə məlumat yayıb. "Hazırda tərəflərdən heç bir müraciət daxil olmayıb"-deyə, agentliyin həmsöhbəti qeyd edib.
Eyni zamanda adı açıqlanmayan diplomat vurğulayıb ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə danışıqları qəbul etməyə hazır olduğunu bəyan edib.
Bundan əvvəl Türkiyə Prezident Administrasiyası yanında kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun bildirib ki, Türkiyə hakimiyyəti İstanbulda Rusiya və Ukrayna arasında danışıqları təşkil etməyə hazırdır. O əlavə edib ki, Ankara Ukraynada münaqişənin gərginləşməsi təhlükəsindən ehtiyatlanır və onun tezliklə həllinin tərəfdarıdır, çünki danışıqlar prosesi təkcə regional deyil, həm də qlobal sabitliyi təmin edəcək.
Aytən Yaşar/ Turkustan.az