RU

Hamını üzəcək HADISƏ - Ötən mövsümün tapıntısı indi haradadır?

Abdulla Rzayev - Ötən mövsümün tapıntısı.

Yəqin ki, futbolsevərlər "Araz Naxçıvan"ın sabiq üzvünü yaxşı xatırlayır.

22 yaşlı müdafiəçi Tərlan Əhmədovun "Kəpəz"də olduğu dönəm üzə çıxdı, ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında "Araz"da parladı.

Meydana çıxdığı 28 matçın əksəriyyətində öz cinahının ağası olmağı bacardı.

Sürətli reydləri, çevik davranışları, topla rəftarı və döyüşkən ruhu ilə.

Gənclər millimizin də əsas simasına çevrilən arxa xətt oyunçusunu tezliklə milli komandada görməyi arzulayırdıq.

Amma arxada qalan müddət Rzayev üçün xoş məcrada keçmir.

Yayda bir neçə klubun transfer siyahısında olsa da, məxsus olduğu "Sabah" onu heç yerə buraxmadı.

Yaxşı oyunçunu kim əldən çıxarar? Bunu həm də gənc futbolçuya verilən böyük şans kimi qiymətləndirmək olar.

"Tələbələr"in yay toplanışında iştirak edən Abdulla sınaq matçlarında və Premyer Liqanın 2 görüşündə şans əldə etsə də əsas heyətdə yerini möhkəmləndirə bilmədi.

Amil Seydiyevlə rəqabətdə uduzan "22 nömrə" ehtiyat skamiyanın daimi sakininə çevrilib.

Vasili Berezutski gəldiyi gündən heyətdə kütləvi dəyişikliklərə əl atdı.

Amma rusiyalı mütəxəssis də hələ ki onun xidmətində maraqlı deyil.

Görünür, o, Renduliçdən sonda Berezutskinin də diqqətini üzərinə çəkməyi bacarmayıb.

Qış fasiləsi bu baxımdan onun üçün son şans sayıla bilər.

Abdulla bu dəfə də öz bacarığını göstərib, heyətdə yer qazana bilməsə, yayda başqa təkliflər haqqında düşünə bilər.

XANOĞLAN/ SPORTİNFO.AZ

Избранный
9
sportinfo.az

1Источники