RU

SON DƏQİQƏ: Türkiyədə minimum əməkhaqqı 22 min lirə oldu

Türkiyədə 2025-ci ildə qüvvədə olacaq minimum əməkhaqqının müəyyənləşdirilməsi üçün işlər tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Əmək və Sosial Müdafiə naziri Vedat İşıkhan Minimum Əməkhaqqının müəyyən edilməsi komissiyasının 4-cü iclasında açıqlama verib.

O bildirib ki, minimum əməkhaqqı 1 yanvar 2025-ci il tarixindən etibarən 22 min 104 türk lirəsi (təxminən 1066 AZN) olacaq.

Qeyd edək ki, 2024-cü ildə Türkiyədə minimum əməkhaqqı 17 min 02 lirə təşkil edirdi.

Bizim.Media

Избранный
7
1
bizim.media

2Источники