RU

Fərqanə Qasımova dələduzluğun qurbanı odu – “Oturduğum yerdə pulumu aldılar” – VİDEO

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova dələduzların qurbanı olub.

NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə xanəndə sosial media hesabında paylaşım edib.

“Ən yaxın rəfiqəmdən mənə zəng gəldi. Nömrə başqa idi, amma onun profili və adı eyni idi. Zəngdən sonra mesaj gəldi. Mesajda “Fərqanə xanım, bankdayam. Pul köçürdürəm, amma filan məbləğ çatmır” sözləri yazılmışdı. Nədənsə şübhələnmədim, çünki həmin rəfiqəmin şəklini gördüm. O elə bir mədəni insandır ki, başqa heç bir şey ağlıma gəlmədi. Həmin çatmayan məbləği göndərdim. Üstündən bir neçə dəqiqə keçəndən sonra mesaj gəldi. Mesajda “Birdəfəlik iki aylıq ödəyirəm. Qurban olum, mənə 2 aylıq, yəni 400 manat göndərin ki, ödəyim və işə gedən kimi sizin pulunuzu karta göndərim” sözlərini yazmışdı. Cavab verdim ki, heç narahat olmayın. Sizə qurbandır!. Sən demə, dələduzlar imiş. Mənim 400 manatımı oturduğum yerdə aldılar. Allah onların cəzalarını verəcək. Amma ehtiyatlı olmaq lazımdır”.

 

Избранный
4
19
nocomment.az

10Источники