“Sumqayıt”ın apellyasiya şikayəti təmin edilməyib.
"Football-plus.az" xəbər verir ki, AFFA Gənclər Liqasında keçirilən “Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt” komandasının baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə onun 5 oyun cəzalandırılmışdı. AFFA İntizam Komitəsinin 05 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edilib ki, Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah ediləcək və qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта