Ram Holding
Proseslərin qurulması üzrə proqramçı (Bitrix24)
Son tarix 24 yan 2025 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- Proqramlaşdırma sahəsində 1 il iş təcrübəsi;
- PHP, JavaScript, HTML, CSS- üzrə biliklər və təcrübə;
- BPA alətləri ilə təcrübə;
- Bitrix24 bloklar ilə işləmək üzrə təcrübə üstünlükdür;
- Müxtəlif platformalarla, API-lərlə inteqrasiya və məlumat ötürülməsi üzrə təcrübə;
- Azərbaycan dili səlis, rus və ingilis texniki səviyyədə bilməli.
Vəzifə öhdəlikləri:
- Bloklarla işləyərək B24-də müxtəlif prosesləri yaratmaq və təkmilləşdirmək, yeni inteqrasiyalar əlavə etmək;
- Müxtəlif üçüncü tərəf sistemləri ilə (məsələn, ERP, e-ticarət platformaları, ödəniş sistemləri) API-lər vasitəsilə inteqrasiya etmək;
- Yüksək performanslı və stabil işləyən kod yazmaq, müvafiq testləri keçirərək problemləri aradan qaldırmaq;
- Müvafiq layihələrə və sistemlərə dəstək vermək, sistemin ehtiyaclarına uyğun təkmilləşdirmələr aparmaq;
- Son istifadəçi sistemlərində yoxlamalar aparmaq, problemlərin aradan qaldırılmasını təmin etmək.
İş şərtlərimiz:
- Əmək haqqı: 1940-2133 AZN;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proseslərin qurulması üzrə proqramçı (Bitrix24)” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.