ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Suriyadakı hərbi mövcudluğu ilə bağlı çətin dilemma ilə üzləşəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Washington Post (WP) qəzeti məlumat yayıb.
“Tramp gələn ay ikinci səlahiyyət müddətinə başladıqda və Suriyanın şərqində yerləşdirilən təxminən 2000 ABŞ əsgərinin gələcəyi ilə bağlı getdikcə daha çox aktuallaşan suallarla dəyişmiş Yaxın Şərqlə qarşılaşacaq”, – hesabatda deyilir.
Nəşr qeyd edib ki, Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolz terrorla mübarizənin ABŞ-ın xarici siyasətinin prioritetlərindən biri olacağını vurğulayıb.