RU

İran "WhatsApp" və "Google Play"ə qoyulan qadağanı aradan qaldırır

İran "WhatsApp" və "Google Play"ə qoyulan qadağanı aradan qaldırır

İranda zaman-zaman tətbiq edilən və 2022-ci ildə Məhsa Eminin polis nəzarətində ölməsindən sonra uzadılan sosial media qadağası tədricən aradan qaldırılır.İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, rabitə və informasiya texnologiyaları naziri Səttar Haşimi ölkədə sosial mediaya qoyulan qadağanın mərhələli şəkildə aradan qaldırılması ilə bağlı açıqlama verib.Haşimi bu gün keçirilən sosial media ali şurasının iclasının çox yaxşı keçdiyini bildirib və "İctimaiyyətin beynəlxalq imkanlara çata bilməsi üçün "WhatsApp" və "Google Play" platformalarına qoyulan qadağanın aradan qaldırıldığını açıqlayıb.İran "Telegram"ı sosial media qruplarında dövlət əleyhinə fəaliyyət göstərdiyini əsas gətirərək qadağan etmişdi.Qeyd edək ki, Məhsa Eminin 2022-ci ilin sentyabrında hicab qaydalarına əməl etmədiyi səbəbi ilə saxlanılaraq polis nəzarətində ölməsindən sonra başlayan nümayişlər böyüdükcə "WhatsApp", X, "Instagram" kimi sosial media platformaları və VPN proqramlarının yükləndiyi "Google Play" ölkədə qadağan edilmişdi. Xüsusilə "Google Play"ə qoyulan qadağanın proqram dünyasından əldə etdiyi payın azalmasına səbəb olduğu və bunun İranlı proqram istehsalçıları tərəfindən böyük tənqid edildiyi bildirilmişdi. Mesajlaşma proqramlarına qadağa qoyulması ilə İran hakimiyyəti yerli proqram təminatından istifadə etməyə çağırmışdı. İranlılar isə təhlükəsizlik problemlərinin çox olduğunu iddia edərək yerli proqram təminatından istifadə etməkdə maraqlı olmamışdılar.

Избранный
35
7
afn.az

10Источники