RU

Daha bir ölkə də qarışır – “Ərəb baharı” alovlanır


Misirdə Sisi hökumətinə qarşı etirazlar başlayıb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu gün Misirin paytaxtı Qahirədə Əbdülfəttah Sisi hökumətinə qarşı kütləvi etirazlar başlayıb. Bu barədə yerli teleqram kanalları və KİV məlumat yayıb. Etirazçılar prezident Əbdülfəttah əs-Sisiyə qarşı şüarlar səsləndirirlər.

Bu etirazların səbəbi ölkədə iqtisadi vəziyyətin pisləşməsi, insan azadlıqlarının pozulması və hakimiyyətdə korrupsiya hallarıdır.

Bundan başqa, Əbdülfəttah əs-Sisinin 45 milyard dollar dəyərində yeni prezident sarayının inşa edəcəyini açıqlaması da etirazların səbəblərindən biri kimi göstərilib. 


 


Избранный
6
2
news24.az

3Источники