RU

İranda sosial media qadağası götürüldü

İranda  “WhatsApp”və “Google Play”ə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Səttar Haşimi açıqlama verib.

Haşimi bildirib ki, bu barədə qərar bu gün keçirilən sosial media yüksək şurasının iclasında qəbul edilib.

Xatırladaq ki, İranda sosial media qadağası 22 yaşlı Məhsa Əmininin 2022-ci il sentyabrın 16-da məcburi hicablanma qaydasını pozduğu iddiası ilə həbs olunduqdan sonra vəfatının ardınca artan etirazlar fonunda tətbiq edilmişdi.

İran hakimiyyəti sosial media qruplarının dövlət əleyhinə fəaliyyətlər təşkil etmək planlarını əsas gətirərək “Telegram”, “WhatsApp”,“Google Play”, “Instagram” və “X” kimi beynəlxalq platformalara məhdudiyyətlər qoymuşdu.

Bunun ardınca hökumət əhalini yerli proqram təminatından istifadə etməyə çağırmışdı. İranlılar isə yerli proqram təminatının təhlükəsizlik problemləri olduğunu iddia edərək istifadə etməyə həvəs göstərmirdilər.

Xüsusilə, “Google Play”ə qoyulan qadağa İran proqram tərtibatçıları tərəfindən geniş şəkildə tənqid edilmişdi.

Избранный
3
4
demokrat.az

5Источники