Vətənə xəyanət ittihamı ilə istintaq təcridxanasında saxlanılan Ali Radanın deputatı Aleksandr Dubinski amerikalı iş adamı İlon Maska müraciət edib.
"Ölkə.az" xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.
Dubinski Ukrayna prezidenti Vladimir Zelenskinin Moskvaya səfərindən sonra Slovakiyanın baş naziri Robert Fiko ilə bağlı Slovakiya xüsusi xidmət orqanlarına təhqiqat aparılmasını tələb etməsini şərh edib. O, İlon Maska Zelenskini Marsa göndərməyi təklif edib.
"Lider Ukraynanın ölçüsünü açıq-aşkar üstələyib və Slovakiya kəşfiyyat xidmətlərinə Fikonu yoxlamağı tapşırır. Bu baxımdan, bəlkə də onu Marsa göndərməyə dəyər?" - deputat yazıb. (teleqraf.com)