RU

Trampın sözlərindən sonra bu ölkə müdafiəsini gücləndirməyə qərar verdi

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın adanı almaq istədiyini deməsindən sonra Danimarka hökuməti Qrenlandiyanın müdafiəsinə ayrılan xərcləri artırmaq qərarına gəlib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, müdafiə paketi ən azı 1,5 milyard dollara başa gələcək və bu, iki yeni təftiş gəmisi, iki yeni uzaqmənzilli pilotsuz təyyarə və iki əlavə it kirşəsi almağa imkan verəcək.

O, həmçinin paytaxt Nuukda Arktika Komandanlığının şəxsi heyətinin artırılmasını və F-35 səsdən sürətli döyüş təyyarələrinin yerləşdirilməsi üçün Qrenlandiyanın üç əsas mülki hava limanından birinin təkmilləşdirilməsini maliyyələşdirməyi planlaşdırır.

“Biz uzun illərdir Arktikaya kifayət qədər sərmayə qoymamışıq, indi daha güclü iştirak etməyi planlaşdırırıq”, - deyə rəsmi əlavə edib.

Избранный
17
50
unikal.az

10Источники