RU

Verdiyi müsahibəyə görə həbs edildi

Rusiyalı aparıcı-aktrisa Tatyana Lazareva terrora açıq şəkildə bəraət qazandırdığı üçün qiyabi olaraq 6,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moskva prokurorluğu məlumat yayıb.

Bildirilib ki, qərar Hərbi Məhkəmə tərəfindən qəbul edilib. 2022-ci ilin fevralında Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatını pisləyən və ölkəni tərk edən 58 yaşlı teleaparıcı qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.

Lazarevaya qarşı irəli sürülən maddə üzrə ən yüksək cəza 7 il müddətədək azadlıqdan məhrum etmədir. Hökm qanuni qüvvəyə minməyib və aparıcı qərara şikayət verilə bilər.

Избранный
3
2
bakivaxti.az

3Источники