RU

4 litr su içən qadın xəstəxanaya yerləşdirildi - Ölümdən döndü

Sosial media hesabında maraqlı hadisələr paylaşması ilə tanınan Dr. Sudhir Kumar bu yaxınlarda bir qadının detoks üçün səhərlər 4 litrə qədər su içdiyi bir yazı paylaşıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dr. Sudhir Kumarın sözlərinə görə, 40 yaşlı qadın səhər yeməyi öncəsi bütün tullantıları bədənindən çıxarmaq və dərisini cavanlaşdırmaq məqsədilə məsləhət edilən 4 litr suyu içib.

Qadın bir saat ərzində baş ağrısı, ürəkbulanma və qusma hissləri yaşayıb. Bir neçə dəqiqə sonra isə  huşunu itirib. Qadın xəstəxanaya yerləşdirilib. Mütəxəssislər onun serum natrium səviyyəsinin normadan aşağı düşdüyünü, bu vəziyyətin hiponatremiya adlanan su zəhərlənməsindən qaynaqlandığını açıqlayıblar.

Hiponatremiya bədənə çox su qəbul edildikdə natrium səviyyəsinin təhlükəli dərəcədə azalması ilə yaranan bir vəziyyətdir. Dr. Sudhir Kumarın izahına görə, qadının səviyyəsi 135-145 mmol/L olmalı olduğu halda 110 mmol/L-ə düşüb. Nəticədə, qadın 3 gün ərzində reanimasiya şöbəsində müalicə olunub və 24 saat ərzində psixi vəziyyəti normallaşıb.

Fidan
Milli.Az

Избранный
23
milli.az

1Источники