"Danışıqların yalnız bir nəticəsi ola bilərdi - Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması".
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook"dakı səhifəsində yazıb.
"Beləliklə, 1994-cü ildən, yəni atəşkəs başlayandan sonra Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar prosesi gedirdi. Yəni, danışıqların yalnız bir nəticəsi ola bilərdi: Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması.
Biz bunu etmədik və yuxarıda göstərilən danışıqlar prosesini əvvəlcədən müəyyənləşdirən beynəlxalq ictimaiyyət müharibəyə belə ciddi müqavimət göstərmədi. Reallıq budur, əziz xalqım", - Paşinyan yazıb.
Telegram kanalımız