RU

"Belarusda "Maydan" təşkil etməyə çalışdılar" - Lukaşenko

"2010-cu ildə Belarusdakı etirazlar Kiyevdən idarə olundu".

Teleqraf.com "BELTA" agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, Belarusyada yeni "Maydan" təşkil etməyə cəhd etdilər.

“2010-cu ildə Belarusda baş verən hadisələrin əmri hardan verilib bilirsiz? - Kiyevdən. Bunu xüsusi xidmət orqanlarımızın araşdırmaları göstərdi" - Lukaşenko bildirib.

Qeyd edək ki, 2010-cu ildə Belarusda prezident seçkilərində Aleksandr Lukaşenko qalib gəlib. Müxtəlif mənbələrə görə, seçkinin nəticələrinə etiraz etmək üçün 60 minə qədər insan küçələrə çıxıb. Etiraz aksiyaları dağıdılıb, müxalifət təşkilatçıları həbs edilib.


Müəllif: Arzu
Избранный
21
teleqraf.com

1Источники