RU

Neft Fondundakı pullar - 60 MİLYARD DOLLARI KEÇDİ 

Azərbaycanın neft-qazdan gələn gəlirlərinin toplandığı Dövlət Neft Fondunun aktivləri 60 milyard dolları keçib. 

FED.az xəbər verir ki, bu barədə Fondun yaradılmasının 25 illiyinə həsr olunmuş İllik Yığıncaqda ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov bildirib.

"Neft Fondundan büdcəyə transfertin artırılması Ermənistanın ciddi şəkildə silahlanması ilə bağlıdır"
Neft Fondunun "Əsrin Müqaviləsi"ndən əldə etdiyi gəlirlər açıqlanıb
Dövlət Fondu əməkdaşlarının tibbi sığortası üçün 155 min manat - AYIRACAQ

Onun sözlərinə görə, 1999-cu ildə əsası qoyulan Dövlət Neft Fondunun hazırkı aktivləri 60 milyard ABŞ dollarını keçərək, ölkə iqtisadiyyatının təxminən 80 faizinə bərabər olub. 

İcraçı direktor bildirib ki, Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər artıq 15 milyard ABŞ dollarını ötüb: «Bu rəqəmlər Dövlət Neft Fondunun uğurlu fəaliyyət modelinə, strateji yanaşmasına və beynəlxalq standartlara əsaslanan risk idarəetmə mexanizminə söykənən investisiya siyasətinə dəlalət edir». 

Избранный
14
1
fed.az

2Источники