Zəngəzur dəhlizi ilə bağlı Türkiyə Azərbaycanla müzakirələri davam etdirir.
ONN media xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulqadir Uraloğlu Ankarada "Türkiyə əsri"ndə nəqliyyat dəhlizləri və tranzit daşıma" mövzulu konfransda çıxışında deyib.
O bildirib ki, Türkiyə müxtəlif vasitələrlə Orta dəhlizin effektivliyini artırmağa çalışır.
Nazirin sözlərinə görə, belə layihələrdən biri də Zəngəzur dəhlizidir.
ONN İnformasiya Agentliyi