Bu gün Rusiyanın şimal paytaxtında Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin görüşü olacaq.
Reyting.az “Sputnik Kazaxstan”a istinadla xəbər verir ki, görüş Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutacaq.
Rusiyanın şimal paytaxtında liderlər qeyri-rəsmi şəraitdə bir-biri ilə ünsiyyətdə olacaq, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaqlar. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, liderlər İkinci Dünya Müharibəsində qələbənin 80 illiyinin qeyd olunmasına hazırlıq mövzusuna da toxunacaqlar.