Bunu "DOST” agentliyi idarə heyəti sədrinin müavini Seymur Alıyev "Xəzər Xəbər”ə açıqlamasında bildirib.
Seymur Alıyev deyir ki, 3 ay ərzində nazirlər kabineti tərəfindən digər müavinətlər və prezident təqaüdlərinin məbləği barədə təkliflər də təqdim olunacaq. Paralel olaraq hər il olduğu kimi, 2025-ci ilin fevralından etibarən əmək pensilyaları indeksləşdirilərək, artımlar əlavə olunacaq.
Sosial islahat paketi 3 milyona yaxın insanı əhatə edəcək. Artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.